Hər bir avtomobilə avtopilot funksiyası əlavə edən cihaz

08.05.2017 0 PAYLAŞIM 5562 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Məşhur hacker Corc Hots (George Hotz) istənilən avtomobilə avtopilot funksiyasını əlavə edən cihazı təqdim edib.

Təqdim olunmuş yeni sistem Comma One adlanır və qiyməti 1000$ dəyərindədir. O, avtomobilin ətrafındakı obyektləri izləyə bilən radarkameralardan ibarətdir. Bu avtopilot sistemini sürücüsüz istifadə etmək təhlükəlidir. Belə ki, sistem qəza halında düzgün işləməyə bilər. Lakin buna baxmayaraq sözügedən sistem vasitəsilə sükana toxunmadan A nöqtəsindən B nöqtəsinə getmək olar. Bunu bir növ təkmilləşdirilmiş kruiz-kontrol da adlandırmaq olar. Cihazın 1000$ qiymətində olmasına baxmayaraq onun əməliyyat sisteminin aylıq abunə haqqı 24$ təşkil edəcək. Artıq bu ilin sonunda cihaz az tirajla müəyyən növ avtomobil brendləri üçün satışa çıxacaq. Siyahıda hansı model avtomobillərin olacağı hələki bilinmir. Lakin Corc gələcəkdə siyahın artmasını söz verib.