Hər bir startapçının özünə verməli olduğu 25 sual

356

Hər bir startapın lideri öz brendini yaradan zaman özünə bəzi sualları verməlidir. Bu suallar onun gələcəkdə uğur qazanmasına kömək edəcək. Onlara olan cavablar isə yeni sahədə düzgün istiqamətləndirməni təmin edəcək.

1. Sizin yeni brendiniz dünyada nəyi dəyişir? Nəyə görə hamı bu dəyişikliyi böyük məmnuniyyətlə qəbul edəcək?

2. Bu dəyişiklikləri edən zaman hədəf kütləniz hansıdır? Nəyə görə həmin hədəf kütləsi?

3. Sizin brendinizin yaranması hal-hazırki bazarın iqtisadiyyatı və dinamikası üçün nə gətirəcək? Buna nə qədər zaman lazım olacaq?

4. Nəyə görə bu hələ baş verməyib? (Səbəblər üzrlü olmalıdır)

5. Sizin təklif etdiyinizə insanlar nə dərəcədə hazırdırlar? (İlk öncə bazarı bu üzrə təhsilləndirməlisinizmi?)

6. Sizin təklif etdiyinizi digərləri edə bilərlərmi? Bu baş verdiyi halda hansı sürətlə ola bilər?

7. Siz ideyanızın hansı elementlərini qoruya bilərsiniz?

8. Siz unikal dəyəri təklif edə bilərsiniz?

9. Bu sizin brendinizi hansı dərəcədə rəqabətə qabiliyyətli edəcək?

10. İstehlakçılar sizin brendinizdə özlərinə hansı dəyərli xüsusiyyəti tapacaqlar?

11. Kimlərlə əməkdaşlıq etməyəcəksiniz?

12. Hansı davranısı münasib hesab edəcəksiniz? Bəs hansı davranışı münasib hesab etməyəcəksiniz (baxmayaraq ki, bu sərfəli olacaq)?

13. Nəyə görə sizin mövqeyiniz və fikirləriniz istehlakçını həmişə aldığı məhsulu almaqdan imtina etməsinə təsir edir? Sizin brendiniz istehlakçı tərəfdən necə tez bir zamanda seçiləcək?

14. Hansı xüsusiyyətinizə görə məşhur olacaqsınız? (Nüfuzun qurulmasında əsas məqsədləriniz hansılardır?)

15. Bu artıq digərlərində olan bir xüsusiyyət olacaq? (Siz yeni mühitdə rəqabət aparırsız yoxsa artıq məşhur olan bir işlə məşğulsunuz?)

16. Siz bazarın diqqətini necə cəlb edəcəksiniz? Digərlərində maraq oyatmaq üçün siz nə edəcəksiniz?

17. Sizin anlaşıqlı təklifiniz varmı? Siz bu təklifin zaman ilə dəyişməsini və genişlənməsini görürsünüzmü?

18. Brendin dəyəri baxımından sizin hədəf məqsədiniz nədir? Siz dəyəri 5 milyon və ya 500 milyon dollar olacaq bir brend yaratmaq istəyirsiniz? Siz bunu necə anlayacaqsınız?

19. Siz sizin brendinizin zamanla daha dəyərli olacağını necə ifadə edə bilərsiniz? Uğuru necə ölçmək fikrindəsiniz?

20. İnsanları sizin brendi sınaqdan keçirtməyə motivasiya etmək üçün hansı pulsuz imkanları verəcəksiniz? Bunu nə qədər müddətdə etmək fikrindəsiniz?

21. İnsanlardan hanı səbəbdən pul istəyəcəksiniz? Nə üçün? (Onlar pulsuz olaraq nə əldə edəcəklər?)

22. Onlar sizi hardan tapacaqlar? (Və size tapmaq istəməkdə onları nə məcbur edəcək?)

23. Onlar sizi necə tanıyacaqlar? (Hansı sektorun bir hissəsi olduğunuz aydındırmı? Və aydındırmı ki, həmin sektorda siz digərlərinə bənzəmirsiz?)

24. Sizin adınız sizin biznes modeliniz haqqında nə deyə bilər? (O, sizin mədəniyyətiniz haqqında nə deyə bilər?)

25. Brendiniz nə qədər müddət yaşayacaq? (Bu barədə sərhəd qoyursunuzmu?)

Startap çox maraqlı və qəliz məsələdir. Şəxsi brendin yerini elə tutmağı bacarmaq lazımdır ki, həmin brend həm istehlakçıya anlaşıqlı olsun, həmdə onların artıq bildiklərindən fərqli olsun. Düzgün istiqaməti seçmək və özün üçün dəqiq məqsədləri yaratmaqda bu sualların cavabları köməklik edəcək.