Hər bir startapçıya faydalı olacaq 5 ən yaxşı TEDx çıxışı

594

Açıq konfransların spikerləri, dinləyicilər ilə öz innovasiyalı ideyalarını və təcrübələrini bölüşüb onları nəsə yaratmaq üzrə dəlisov istək enerjisi ilə doldururlar. Bunları nəzərə alaraq sizlərə TEDx konfranslarının ən yaxşı 5 çıxışını təqdim edirik. Bu çıxışlar bütün startapçı, təsisçi, proqramçı, marketoloq və dizaynerlərə faydalı olacaq.

Amy Cuddy: Bədən dili necə sizin taleyinizi təyin edir.

Öz çıxışında sosial psixoloq Amy Cuddy, bizim bədən dilimizin reallığı necə yaratdığını başa salmağa çalışır. Söhbət ondan gedir ki, poza və mimika, bizim haqqımızda hər-hansı bir məlumatı dünyaya verməkdən əlavə bizim özümüzü yaradır (orqanizmdə baş verən hormonal dəyişikliklər vasitəsilə). Cuddy hansı pozanın güc pozası olduğunu başa salır və şəxsi fiziki, emosional vəziyyəti iki dəqiqə ərzində necə dəyişmək (məkanda bədən vəziyyətini dəyişməklə) barədə danışır. Kim düşünə bilərdi ki, danışıqların və iclasların aqibəti bizim vüqarımızdan asılıdır. Bu videoda insan həyatını dəyişməyə qadir sadə məsləhətlər verilir. Videonu burdan izləyə bilərsiniz.

Simon Sinek: böyük liderlər necə böyük əməllərə ilhamlandırırlar.

Yazıçı Simon Sinek öz çıxışında liderlik mövzusuna toxunur və bildirir ki, bütün böyük liderləri bir xüsusiyyət birləşdirir. İdeyaya inam xüsusiyyəti. Ümumilikdə Simon-un fikrincə sözün əsl mənasında uğurlu olan şirkətlər əslində məhsul deyil, məhz ideya satırlar. Belə ki, "Apple” şirkətinin uğurunun sirri ondadır ki, Steve Jobs və onun həmkarları, öz istehlakçılarına yalnız yaxşı telefon və ya kompüter təqdim etmədilər. Onlar insanların inkişafına, innovasiyalara, texniki tərəqqiyə və kreativ düşncənin qalib gəlməsinə olan inancı satmışdılar. Həmin vaxtda isə onların rəqibləri sadəcə cihaz satırdılar. Simon-un fikrincə ideyanın arxasınca getmək xüsusiyyəti insan təbiətində mövcuddur və əldə olunmuş vərdişlər və ya digər psixoloji özəlliklər sayəsində deyil, bioloji tələbat ilə diktə olunmuşdur. Simon hər bir sahibkara təklif edir ki, ilk öncə o öz şirkətinin nə istehsal edəcəyini yox, bunu nə üçün edəcəyini düşünməlidir. Onun çıxışını burdan izləyə bilərsiniz.

"Google”ın təsisçiləri Sergey Brin və Larry Page "Google”haqqında:

Bu çıxışlarında Sergey Brin və Larry Page şirkətin təsis edilməsindən, onun işi və qlobal məqsədlərindən danışırlar. Bu hekayə "Google” şirkətinin daxildən necə qurulması və dünyanı necə dəyişdiyi haqqındadır. Spikerlər, şirkətin daxili layihələrindən, proseslərindən, Google Foundation-ın xeyriyyəçiliyindən və əməkdaşlarla düzgün əlaqənin qurulmasından danışırlar. "Google”da əməkdaşların ruh yüksəkliyinə çox diqqət yetirirlər və hesab edirlər ki, işçilərin xoşbəxtliyi, şirkətin əsas məqsədlərindən biridir. Onların çıxışlarını burdan izləyə bilərsiniz.

Daniel Pink: Motivasiyanın sirləri

Daniel Pink, karyera yüksəlişi analitikidir. Öz çıxışında Daniel, motivasiya ilə bağlı bildiklərini danışır və hər bir rəhbərin eşitməli olduğu ideyanı qeyd edir. Motivasiyanın, material stimul sistemi kimi yayılmış anlayışı, köklü şəkildə düz deyil. Mükafatlandırmanın bu formatı nəinki uğur qazanmağın qarşısını alır, həmdə şirkətə zərər vura bilər. Daniel-in çıxışını burdan izləyə bilərsiniz.

Elon Musk: "Tesla”, "SolarCity” və "SpaceX” kimi şirkətləri yaratmış insan.

Musk, qlobal fikirləşməyi öyrənmək üçün ən yaxşı nümunəvi insandır. Öz söhbəti çərçivəsində Musk, layihələri ilə necə böyük uğur qazandığı haqqında danışır. Bununla parallel Elon Musk digər sahələrdə də istifadəsi mümkün zəngin ideyalarla bölüşür. Məsələn kopyalama qaçılmaz prosesdir hansı ki, onsuz insanlıq bəlkədə sağ qala bilməzdi. Onun çıxışına burdan baxa bilərsiniz.

Steve Jobs: Ölməmişdən öncə necə yaşamaq lazımdır.

Dahi Steve Jobs-un bu çıxışı TED-dən olmasa da biz onu siyahıya sala bilməzdik. Belə ki, 2005-ci ildə Steve-in, Stenford Universitetinin tələbələri qarşısındakı çıxışı artıq klassikadır. Həmin çıxışı öz arzularını reallaşdırmağa çalışan hər kəs izləməlidir. Steve-in çıxışını burdan izləmək olar.