Hər bir telefonu hack edə bilən hacker qrupu: Cellebrite

309

İsraildə yaşayan bir hacker qrupu Cellebrite, iOS və Android olmasından asılı olmayaraq bütün telefon modellərinin hack edilə biləcəyini iddia edir.

AndroidiOS arasındakı rəqabəti nəzərə alsaq, iOS platformasının stabillikdə, Androidin isə istifadədə rahat olduğunu demək mümkündür. Hər zaman iOS əməliyyat sisteminin daha təhlükəsiz olduğu vurğulansa da Cellebrite adındakı hacker qrupu istənilən platformaya sahib telefonun hack edilə bilən olduğunu iddia edir. Hacker qrupu telefona uzaqdan ismarıc ataraq mail və cihazda olan bütün məlumatları əldə etməyin mümkün olduğunu vurğulayır. BBC-yə verdikləri reportaj əsnasında aparıcının Samsung markalı telefonunu bir neçə dəqiqə içində hack etməyi bacarıblar. Cellebrite qrupu hətta iPhone 7 telefonunun da hack oluna bilən olduğunu bildirir.

 


 

"Təhlükəsizlik baxımından heç bir telefon təhlükəsiz deyil” deyə vurğulayan hacker qrupun nümayəndəsi Yuval Ben-Moşe, "Əvvəldən axıradək şifrələmə” olaraq adlandırılan sistemin digərləri ilə müqayisədə daha təhlükəsiz olduğunu bildirsə də, yetərincə güclü olmadığını da açıqlayıb.

Bir çoxları bunun real olmadığını bildirsələr də, xatırladaq ki, keçən il Amerikadakı San Berdino hücumunda FBI tərəfindən sındırıla bilməyən iPhone 5C məhz bu hacker qrupu tərəfindən hack edilib. Yəni qrup işini bilir, amma bunu yaxşı məqsədlə istifadə etməyə üstünlük verir.