Hər gün mağazaya oyun oynamağa görə gəldi və maraqlı sürpriz ilə qarşılaşdı (VİDEO)

614

Rəqəmsal texnika mağazasının əməkdaşları, Yeni il bayramı ilə əlaqədar olaraq öz müştərilərindən birinə maraqlı sürpriz ediblər.

Belə ki, mağazanın meneceri, satıcı konsultantlar ilə birlikdə pul yığaraq, gündə həmin mağazaya gəlib pulsuz oyun oynayan məktəbliyə Wii U konsolunu hədiyyə ediblər. Mağazanın meneceri Rahiem Storr-un sözlərinə görə onlar həmin məktəbli ilə tanış deyildilər. "Technote.az”ın "Gamebomb.ru”a istinadən verdiyi xəbərə əsasən o, Best Buy mağazasına 2 ay ərzində hər gün gəlirdi. Bunun səbəbi isə onun öz sevimli oyunu olan Super Smash Bros.-u pulsuz oynamaq idi. Videodan da göründüyü kimi məktəbli ilk öncə elə düşünür ki, onunla zarafat edirlər. Lakin mağaza işçiləri qeyd ediblər ki, konsol artıq ona məxsusdur. Sözügedən xeyirxahlıq aksiyasında iştirak etmiş mağaza işçilərinin sözlərinə əsasən bu aksiyanın heç bir məqsədi olmayıb. Təqdim olunmuş video artıq 1 milyona yaxın baxış sayı yığıb. Məktəblinin xahişi ilə mağaza işçiləri onu evinə kimi avtomobil ilə aparıblar. Belə ki, o, bu cür qiymətli hədiyyə ilə öz yaşadığı rayona getməkdən qorxub. Həmin günün axşamı isə məktəblinin ailəsi onunla birlikdə Best Buy mağazasına, kollektivə təşəkkür etmək üçün gediblər.