Hər Kateqoriyadan Film Yükləyə/İzləyə Biləcəyiniz Qanuni Saytlar

5955

Qeyri-qanuni video izləmək və yükləmək zaman-zaman problemləri də bərabərində gətirir. Hətta buna görə pul cəzası alan insanlar da var. Sizi bu əziyyətdən qurtarmaq üçün sərbəst film izləyib, yükləyə biləcəyiniz internet saytları təqdim edirik.

Bir çox internet saytları bu baxımdan müəllif hüquqlarını pozaraq alt yazı və ya dublaj edərək filmləri paylaşır. Belə olan halda xaricdə buna görə çox yüksək miqdarda pul cəzası ödənilir. Sizi bundan azad etmək üçün bəzi alternetiv üsullar təklif edirik. Təklif olunan bu saytlardan leqal yolla film, serial və musiqi endirə və izləyə bilərsiniz.

1. Crackle – Bu saytda siz bir çox tanınan filmləri izləyə bilərsiniz. Onu da qeyd etmək yerinə düşər ki, Crackle, Sony şirkətinin tərkibində yer alır.

2. Vimeo – Bu platforma da eynilə Youtube kimi film, musiqi və serialların yer aldığı saytdır.

3. SnagFilms – Burda 10.000-dən çox filmin yer alır və iOSAndroid tətbiqlərini istifadə edərək film və videolar izləyə bilərsiniz.

4. Top Documentary Films – Bu sayt sənədli filmləri ilə tanınır və burda 3.000-ə qədər film yer almaqdadır. Bundan əlavə digər platformalardan fərqli olaraq bu saytda filmlər minimum 60 dəqiqə təşkil edir.

5. Archive.org – Saytın adından göründüyü kimi burda köhnə filmləri izləmək mümkündür.

6. Open Culture – Bu sayt əsasən kitab və film sevənlərin seçəcəyi bir saytdır. Çünki bu saytdan həm müxtəlif yazı və məqalələri oxuya bilər, həm də filmlər izləyə bilərsiniz.

7. Big Five Glories – Bu saytda 1920-1950-ci illəri əhatə edən Hollywood-a aid filmləri izləyə bilərsiniz. Saytda hal-hazırda da məhşur film istehsalçıları Century Fox, RKO Pictures, Paramount Pictures, Warner BrosMetro-Goldwyn-Mayer filmləri yer alır.

8. Retrovision –Burda həm film və televiziya verilişləri izləyə bilərsiniz.