Hər kəs Donald Trumpın kosmosdakı araşdırmalar haqqında qərarını gözləyir

215

Hər zaman kainatla bağlı məsələlər insanları maraqlandırıb. Amma hal-hazırda elm adamları kosmosda araşdırmalar aparmaq üçün Donald Trumpın qərarını gözləyir. Trumpın verəcəyi qərar ABŞ-da kosmos çalışmalarında həlledici rol oynayacaq.

Amerikada prezident seçimlərindən sonra kosmosla bağlı məsələlər bir qədər gözləmə rejimindədir. Bu arada digər ölkələr də kosmosda yaşamın necə qurulması, təşkil olunması ilə bağlı araşdırmalar aparır.

Bu çalışmalarda hələ ki, bir axsama olmasa da Donald Trumpın bu mövzuda verəcəyi qərarlar çox vacib xarakter daşıyacaq. ABŞ-ın eks prezidenti Obama bu mövzuda bütün səyləri dəstəkləsə də Donald Trumpın kosmosdakı araşdırmalarla bağlı qərarı hələ ki, məlum deyil.

Əgər Donald Trumpın mövzu ilə əlaqədar yanaşması müsbət olmazsa, NASA kimi böyük kosmos araşdırması aparan təşkilatlar bundan təsirlənəcək. Qısaca desək, hər kəsin Trumpın kosmik araşdırmalara nə cür yanaşacağını maraqla gözlənilməkdədir.

 

Bildiyiniz kimi Trumpın texnologiya ilə münasibətləri o qədər də ürək açan deyildi. Amma president bu mövzuda çox ciddi qərarlar qəbul etmədi. Donald Trump kosmos və texnologiya kimi sahələrlə çox da yaxın bir şəxs olmasa da bu sahədə fəaliyyət göstərən insanlarla məsləhətləşir. Belə güman olunur ki, Trumpın kosmosla bağlı fikirlərinə təsir edəcək şəxs isə SpaceX-ın CEO-su Elon Musk olacaq.