main-post-cover

    Hər velosipedi elektrikli hala gətirən təkər: GeoOrbital

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Kickstarter-da başlayan GeoOrbital, hər hansı bir velosipedin qabaq təkəri yerinə taxılaraq tək şarjda 80 Km məsafə qət edə bilir.

    Elektrikli velosipedlərin ümumi dizaynına baxanda, velosipedin dizaynında bu xüsusiyyətin ön plana çıxdığını görürük. Elektrikli olduğunu göstərməsi üçün ya daha müasir xəttləri olur ya da mühərriki daha gözlə seçilən hissəyə yerləşdirilir.
    Bir qabaq təkər olaraq dizayn edilən GeoOrbital, hər hansı bir velosipedi tək bir dəyişiklik ilə elektrikli hala gətirə bilir. 26 29 inç olmaqla iki fərqli ölçüsü olan GeoOrbitalın texniki xüsusiyyətləri arasından irəli çıxanlar isə: Tək şarj ilə pedal çevirmədən 30 km/s sürətə qalxa bilməsi və 30 km-ə qədər pedal çevirmədən gedə bilməsidir. Məsafəni artırmaq istəsəniz də pedal çevirərək 80 km-ə qədər hibrid qüvvəsi ilə davam edə bilirsiniz.
    Telefonunun sönməsini istəməyən və buna qarşılıq biraz daha pedal çevirməyə razı olanlar üçün isə GeoOrbit-in üzərindəki USB çıxışı ilə telefon şarj edilə bilir. Geoorbit, zərbələrə və cırılmağa qarşı dayanıqlı korpusu ilə uzun illər problemsiz istifadə vəd edir. Bu ilin İyun ayında Kickstarter-da dəstək toplayan GeoOrbit, hazırda dəstəkçilərin məhsullarını hazırlayır.
     
    Linki kopyala