Hərbi Təyyarədə OnePlus 3T qutu açılışı!

276

OnePlus 3T üçün hazırlanan reklam kampaniyası üçün kamera qarşısına keçən məşhur YouTuber, çəkdiyi video ilə bu ana qədər izlədiyimiz qutu açılış videolarını yenidən gözdən keçirdir.

Bugünə qədər bir çox maraqlı qutu açılış videoları ilə qarşılaşmışdıq. Bəziləri "Yox daha nələr!" dedirdəcək qədər qəribə olsa da bu dəfə ki qutu açılış videosu ağla-xəyala gəlməyəcək cinsdən oldu.
OnePlus, keçən həftə rəsmi olaraq təqdim etdiyi OnePlus 3T üçün ekstrim bir qutu açılış videosu hazırladı. OnePlus, yeni modeli 3T-nin reklam kampaniyası üçün YouTuber Jake Paul-u, Çexiya Respublikasının Praqa şəhərindəki hərbi hissəyə dəvət etdi.  Reklam kampaniyası çərçivəsində bir savaş təyyarəsinin içində Paul-a qutu açılış videosu çəkdirən şirkət, indiyə qədər heç yerdə görülməyən bir qutu açılışına imza atdı. 
Köhnə savaş təyyarəsinin içində telefonun texniki xüsusiyyətləri dizaynından danışan Jake Paul, bunu edərkən çox çətin bir iş bacardığına şahid oluruq. 
OnePlus 3T, 2.35 GHz sürəti ilə işləyən yeni nəsil Snapdragon 821 prosessorundan güc alacaq. Bundan əlavə isə 6 GB RAM 128 GB-a qədər daxili yaddaş seçimi ilə qarşımıza çıxacaq olan OnePlus 3T dizayn olaraq da OnePlus 3 ilə eyni korpus dizaynını daşıyacaq. 
5.5 inçlik FULL HD ekrana sahib olan yeni telefon Optic AMOLED ekran texnologiyasından da yararlanacaq. Bazara Noyabr ayının axrında çıxacaq OnePlus 3T, 440 dollardan başlayan qiymət etiketi ilə texnologiya marketlərindəki yerini alacaq.