main-post-cover

    Hərşeylə maraqlanan pişiklər bu dəfə Whiskas reklamlarında

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Ataların bir sözü var - "Maraq pişiyi öldürər”. "Hər işə burnunu soxan” insanı təsvir etmək üçün istifadə edilən pişik fiqurunun, bilavasitə internetin yüksəlişi ilə birlikdə zehinlərdəki yerinin də dəyişdiyi məlumdur.

    Yeni mühitdə pişiklərin hər şeylə maraqlanması da eyniylə həyatının digər hər anı kimi maraqlı bir əyləncəyə çevrilərkən, pişik sahiblərinində onların ən sevdikləri xüsusiyyətlərinin maraq olduğunu bilən Whiskas, pişiksevərlər üçün yeni bir reklam kampaniyası hazırladı: Feed Their Curiosity (Maraqlarını bəslə).
     


    Maraqlı bir pişiyin daxili dünyasına 20 saniyəlik üç səyahət edən Whiskas-ın, hər səfərində bir qab Whiskas ilə sonlanan reklam videosu haqqında danışan Whiskas İngiltərə direktoru Keyti Qriffiz kampaniyanın çıxış nöqtəsini və hədəflərini belə qeyd edir: "Whiskas olaraq pişiklərin dünyanı özlərinə xas mükəmməl bir gözlə gördüklərini bilirik. Bu kampaniya vasitəsilə hədəf kütləmizlə yeni yollardan bağ qurmaq, mütəxəssisliyimizi göstərmək və pişik sahiblərinin pişikləri ilə olan münasibətlərini gücləndirib, pişikləri daha yaxşı anlamalarına şərait yaratmaq istəyirik”.
    İnternetdən əlavə İngiltərə televizorlarında Yeni İlə qədər nümayişinə davam ediləcək reklamlar 2017-ci ildə də markanın sosial media münasibətlərində istifadə edilməyə davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər