drzeka zeka kartları

Hideo Kojima yeni oyununun traileri ilə hamını şok etdi (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 6012 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Gecə Los Anceles şəhərində keçirilmiş The Game Awards 2016 tədbirində Hideo Kojima yeni oyunundan möhtəşəm trailer təqdim edərək hamını şok etdi.

Belə ki, Hideo Kojima-nın yeni oyunu Death Stranding-ə aid trailer sürprizlərsiz ötüşmədi. Yeni trailerdə rejissor Guillermo del Toro və aktyor Mads Mikkelsen-in obrazları əks olunmuşdur. Məlumata əsasən trailer PlayStation 4 Pro konsolunda 4K formatında nümayiş etdirilib. Bundan əlavə olaraq tədbir zamanı Hideo Kojima "Oyun sənayesinin ikonası” mükafatına da layiq görülmüşdür. Qeyd edək ki, Death Stranding, Sony Computer Entertainment-in köməkliyi ilə PS4PC üçün hazırlanır. Oyunun dəqiq çıxma tarixi isə hələki bilinmir.