main-post-cover

    Hindistan-da ofislərin birində Xiaomi smartfonu alışaraq partlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hadisə Hindistan-da baş verib. İnsanlar ofisdə oturub öz işləri ilə məşqul idilər. Bu anda smartfon birdən birə alışaraq partlayıb. Təhlükəsizlik kameralarından da göründüyü kimi smartfonun sahibi cihazı birdən stolun üstünə atır və o alışaraq partlayır. Daha sonra smartfonun sahibi təhlükəsizlik kameralarına əks olunmuş hadisəni çəkərək videonu növbəti ismarıc ilə Facebook səhifəsində paylaşıb. "Mən həmişəki kimi ofisdə oturmuşdum. Telefon mənim stolumun üstündə idi. Mən düşünmürdüm ki, belə bir hadisə baş verə bilər. Bədbəxt hadisə nəticəsində mən həyatımı, əlimi itirə və yaxud mənim yoldaşlarımdan kimsə zərər çəkə bilərdi. Xiaomi Mi 4-ün özünü bu cür aparması məni qorxudur. Bir anlıq alışma nəticəsində o qorxunc fəsadlara və ya yaralara gətirib çıxarda bilər. Xoşbəxtlikdən ciddi heçnə baş vermədi. Mən telefonu bir ildən bir qədər çox müddətdir ki, istifadə edir və bunun nədən baş vediyini bilmək istəyirəm” – deyə smartfonun sahibi bildirib. Xiaomi öz növbəsində bu hadisəyə reaksiyasını bildirib. Bununla belə smartfon 16 iyul tarixində partlayıb. Lakin bu hadisənin dəqiq baş vermə səbəbi hələki açıqlanmayıb. Daha əvvəllər də Xiaomi smartfonlarının birdən alışaraq partlama hadisələri baş verib. Buna baxmayaraq bu cür hadisələr iPhone və Samsung cihazları ilə də baş verir. Birdən alışmanın əsasən səbəbləri keyfiyyətsiz enerji yığma cihazı və ya orijinal olmayan batareya olur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər