Hindistanın yüksəlişdə olan startapları
Digər
07.05.2017
Farid Pardashunas
İnvestorlar hər nə qədər də "xəsis” olsalar da, dünyanın hər yerində onların əllərini ciblərinə atdıran və fürsətlərdən yararlana bilənlər olur.
Technote.az olaraq bundan sonra mütəmadi olaraq, sizlər üçün dünyanın müxtəlif ölkələrində lokal və qlobal bazara çıxmış startaplar haqqında məlumatlar verəcəyik. Azərbaycandan kənarda, xüsusilə Asiya ölkələrində reallaşdırılan startap ideyaları barədə mütəmadi olaraq paylaşacağımız məlumatlara ilk olaraq, Hindistan bazarında son zamanlar (əsasən son bir neçə həftə) adından söz etdirən startaplardan bir neçəsi haqqında məlumatlar ilə başlayırıq.YuppTV
YuppTV, əsası ABŞ-da yerləşən Hindistan startapıdır və Hindistan film və TV verlişlərini dünyaya çatdırmaq məqsədi ilə yaradılıb. Hindistanın "Netflix”-i olaraq adlandırılan YuppTV, bu günə qədər Hindistan şirkəti olan "Emerald Media”dan 50.000.000$ Seriya B investisiyası alıb. YuppTV, Hindistan ərazisində də kifayət qədər məşhurdur.Capillary (Kapilyar)
Capillary Technologies, Hindistan əsaslı "Sellerworx” şirkəti tərəfindən yaradılmış müştəri məmnuniyyəti və məhsullara marağını analiz edən bir SaaS məhsuludur. Bu da satıcılara hansı onlayn marketdə satış etməklərini seçməkdə köməkçi olur. Sellerworx ümid edir ki, onlar Capillary vasitəsilə O2O (online to offline) müştəri dəstək xidmətlərini inkişaf etdirə biləcəklər.Sibia Analitiks
Kəlküttədə yerləşən marketinq analiz startapı Sibia Analitiks bir qrup investor tərəfindən tam olaraq bilinməyən miqdarda toxum (seed investment) investisiyası alıb. Startap 2013-cü ildə Angşuman Bataçarji tərəfindən yaradılıb və Nasscom Akselerasiya mərkəzində inkubasiya prosesi gedir.GoZefo
GoZefo, keçən il yaradılmış, ikinci əl mebel və texnikaların satıldığı e-ticarət sistemidir və həqiqətən də işlətməyə yararlı məhsulların satışında vasitəçilik işi ilə məşğuldur. Startap, Helion Ventures şirkəti tərəfindən 1 Milyon Dollar investisiya alıb. Sinqapur əsaslı Beenext şirkəti də bu investisiya mərhələsində yer alıb.FlexiLoans
Onlayn kredit platforması FlexiLoans bir qrup yüksək səviyyəli professional maliyyəçilər (KKR Hindistanın CEO-su Sanjay Najar, Citibank-ın əməliyyatlar şöbəsinin keçmiş rəhbəri Vikram Sud və s.) tərəfindən 15 milyon dollar investisiya edilib. İnvestorlar Epimoney adında bank olmayan kredit təşkilatı yaradaraq FlexiLoans-ı tərkibinə daxil ediblər.Sheroes
Sheroes, "Gharkamai” tərəfindən hazırlanmış, professional qadınlara evdə işləyə biləcəkləri işlər tapmaqda kömək edən onlayn karyera platformasıdır. Bu ilin əvvəlindən etibarən startap, 2 milyon dollar investisiya edilib.Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)