main-post-cover

    Hirsli şəkildə Apple Store-a daxil oldu və bütün cihazları məhv etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Fransız bir gənc Fransadakı Apple Store mağazalarından birini talan edib.

    Hələki məlum deyil ki, "Apple” həmin şəxsi hansı səbəbdən hirsləndirib. Lakin onun hirsinin sərhədi yox idi. Qara eynək taxmış gənc fransız Dijon şəhərində olan Apple Store mağazasına daxil olaraq əlindəki polad kürə əşya vasitəsilə iPhone, iMac, MacBook modellərini məhv etməyə başlayıb. O, öz hərkətlərini istehlakçı hüquqlarına aid ifadələr və texniki dəstəyə nalayiq sözlərlə müşaiyət edib. Videodan da görmək olar ki, gənc 12-ə yaxın cihazı məhv edib. Həmçinin fikir vermək olar ki, o öz təhlükəsziliyini düşünərək əlinin şüşə qırıntılarından zərər çəkməməsinə görə xüsusi əlcək taxmışdır. Cihazları məhv edən zaman o bildirirdi ki, "Apple” onun hüquqlarını pozub. Mağazadan çıxan zaman onu ticarət mərkəzinin əməkdaşları qarşılayıblar. Mühafizə xidməti gənci ticarət mərkəzindən çıxardıb. Daha sonra isə onu polis saxlayıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər