Hindistanda qeydə alınmış qeyri-adi hal
Digər
07.05.2017
Farid Pardashunas
Hindistanda rekord dərəcədə tez bir zamanda cinsi inkişaf qeydə
alınıb. Belə ki, 18 aylıq uşağın qanındakı testosteronun miqdarı 25 yaşlı
kişinin qanındakı testosteronun miqdarı ilə eyni olub. Vaibhav (ad şərti olaraq
dəyişdirilib) adlı uşağın qeyri-adi vəziyyəti ilə bağlı ilk xəbəri Hindustan
Times qəzeti verib. Dehli-nin xəstəxanalarından birinə uşağın ailəsi baş çəkərək
övladlarının bu qədər tez inkişaf etdiyini qeyd ediblər. Boyun rekord dərəcədə
tez artmasından əlavə olaraq uşağın cinsi orqanı da həmin inkişafdan geri qalmayıb.
Əvvəlcə ailə elə düşünüb ki, uşaq sadəcə olaraq digərlərindən fərqli olaraq nisbətən
böyükdür. Lakin 18-ci ayda artıq uşaqda cinsi inkişafın bütün xüsusiyyətləri nəzərə
çarpmağa başlayıb (səsin dəyişməsi, üz və bədəndə tüklərin əmələ gəlməsi). Həmin
vaxt onun boyu 95 sm idi. Bu isə normadan 5-10 sm uzundur. Qan analizinin nəticələrinə
əsasən uşağın qanında kişi cinsi hormon testosteronlarının səviyyəsi litrin 1/10
hissəsinə 500-600 nanoqramm təşkil edir. Bu cür göstəricilər 25 yaşlı kişilərə
aid olunur. Uşaqların isə bu yaş dövrlərindəki göstərici litrin 1/10 hissəsinə
20 nanoqramm-ı keçmir. Vaibhav-a erkən cinsi yetişkənlik diaqnozu qoyulub.
Hal-hazırda o hormonal terapiyadan keçir. Həkimlər qeyd ediblər ki, bu cür
hallar tibb üçün ilk deyil. Lakin onlar çox nadir hallarda olurlar. Erkən cinsi
yetişkənlik orqanizmin işinin pozulmasından xəbər verir. Bu diaqnoz endokrin
sistemin zədələnməsindən, şişlərdən, infeksiyalardan və doğulan zaman olan
deffektlərdən xəbər verə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)