main-post-cover

    Hitlerin ölüm əmri verdiyi dünyanın ən güclü telepatı

    07.05.2017
    Farid Pardashunas

    Dünyada ən güclü telepat olaraq bilinən Volf Messing haqda maraqlı faktlar.

    1899-1974-cü illərdə yaşamış Volf Messing Sovet dövrünün ən tanınmış telepatı adını almağı bacarmışdı. Onun belə ada layiq görülmə səbəbi isə malik olduğu zehin, fikir oxuma bacarığı idi.
    Messingin ailəsi olduqca kasıb olmuş və onu din məktəbində oxumağa məcbur etmişlər. Bununla razılaşmayan Messing 11 yaşında evdən qaçıb. Hələ balaca uşaq olduğundan yanında pulu olmayan Messing qatara minir və gizlənir. Amma yoxlamada nəzarətçinin ona yaxınlaşacağını bilən Messing balaca bir qəzet parçası tapır və nəzarətçiyə təqdim edərkən onun gözlərinin içinə baxaraq fikrini oxumağa çalışır. Nəzarətçi kağızı çevirərək ona möhür vuraraq qaytarır. Bundan sonra Messing özünün bu bacarığını inkişaf etdirmək qərarına gəlir. Berlinə gələrək müxtəlif işlərdə çalışır. Sirkdə çalışarkən müxtəlif insanların yazdığı gizli qeydləri fikirlərini oxuyaraq onlara bildirir. Bir müddət sonra məşhurlaşan Messing beləliklə, 10 il müddətində dünyanın bir çox yerlərinə səyahət edir. Səfərləri ərəfəsində Eynşteyn, Qandi kimi məşhur insanlarla görüşərək, fikir müdafiəsi edir.

    1937-ci ildə bir iddia ilə çıxış edərək, Hitlerin Şərqə hücum etməsi ilə sonunun olacağını bildirir. Təbii ki, Hitler buna biganə qalmır və onun başına 200.000 mark mükafat qoyur. Bir dəfə faşistlər tərəfindən tutulan Messing döyülərək məntəqəyə aparılır. Amma yenə öz istedadından istifadə edərək ordan əlini qolunu sallayaraq çıxıb gedər. Hətta gedərkən arxadan qapını da bağlayaraq onları içəridə qoyur. Bundan sonra təqib olunacağını anlayan Messing Rusiyaya üz tutur.
    İştirak etdiyi bir mərasimdə Stalinin əmri ilə tutularaq 3 testlə sınağa çəkilir.
    Birinci sınaqda bankdan 100.000 rubl oğurlamaq tələb olunur. Banka gələn Messing 2 vərəqi bank nəzarətçisinə təqdim edir və eyni zamanda ona təlqinlər verməyə başlayır. İçində yazılar yazılan vərəqləri bank hesabı kimi qəbul edən nəzarətçi istənilən məbləği ona verir. Daha sonra Messing çantanı Stalinin adamlarına göstərib əmin edir və geri qaytarır. Amma nəzarətçiyə bu haqda danışıldıqda o heç nə xatırlamadığını bildirir.
    İkinci tapşırıqda Messingin hökümət binasına girməsi və təkrar çıxması istənilir. Amma bundan əvvəl Messingi görəndə onu öldürmək əmri verilir. Buna baxmayaraq, Messing yenə işin öhdəsindən çox asanlıqla gəlir və hətta o, binadan çıxanda bütün əsgərlər sıra ilə düzülür və ona salam verirlər.
    Üçüncü və ən çətin tapşırıq isə xüsusi qoruma tərəfindən qorunan Kuntsevonun otağına icazəsiz girməsi ilə bağlı olur. Bir çox otaqdan asanlıqla keçən Messing, ən son Stalinin otağına çatanda Stalin donub qalır və buna necə nail olduğunu soruşur. O, isə işçilərə təlqin edərək onları özünün Stalinin işçilərindən olan Beria olduğuna inandırdığını bildirir. Təəccüblü olan isə bu iki şəxs arasında heç bir zahiri oxşarlığın olmaması idi.
    Bir çox siyasətçilər onun təhlükəli olduğunu bildirib öldürülməsini istəmişlər. Amma buna baxmayaraq, Stalin onu sonadək qoruma altına alıb.
    Onunla aparılan bir reportajda insanların düşüncələrinin onun ağlına obrazlar şəkilində gəldiyini, fiziki toxunma zamanı bunun daha asan olduğunu amma fiziki təmasın önəm daşımadığını bildirib. Onun sözlərinə görə eşitmə və danışma əngəlli insanların fikirlərini oxumaq daha asandır. Düşüncəsi qarışan insanların isə fikrini oxumaq çətindir.
    Messing 8 noyabr 1974-də Moskvada dünyasını dəyişib və dünyanın ən məşhur telepatı olaraq tarixə adını yazdırmağı bacarıb.
    Linki kopyala