main-post-cover

    HP 8000 qat daha güclü kompüter istehsal edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    Kompüterlərin gücü gələcəkdə 8000 qat arta bilər. Belə kompüterlərin istehsalının isə HP-nin dəstəyilə mümkün olacağı bildirilir.

    Kompüterlərin iş prinsipi və yenilənən proqramları nəzərə alsaq gün keçdikcə yeni daha güclü kompüterlərə tələb daha da artmaqdadır. Bunu nəzərə alan HP yeni daha güclü kompüterlər istehsal etmək niyyətindədir. Verilən məlumata inansaq HP standart kompüterlərdən 8000 qat daha güclü kompüter istehsal edəcək.
    Xatırladaq ki, bir müddət əvvəl yaponlar yeni super kompüter yaradacaqları haqda məlumat paylaşmışdılar. Amma HP-nin istehsal edəcəyi The Machine adlı super kompüter də olduqca iddialı görünür. 2014-cü ildən bu günədək HP belə kompüterlərin üzərində işlər aparmaqdadır. Olduqca yüksək keyfiyyətləri ilə diqqət çəkən kompüterin 2018 və ya 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

    Cihazın sahib olduğu RAM miqdarının 8 TB olacağı bildirilir. Bu miqdar gələcəkdə daha da yüksəldilə bilər. The Machine-ni ilə bağlı işlər tamamlandıqda standart kompüterlərdən 8000 qat daha güclü və sürətli olacağı bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər