HTC 11-in texniki göstəriciləri sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5546 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

HTC 11-n texniki göstəriciləri ilə sizləri tanış edirik.

"HTC”nin bu il içində bazara çıxartmağa hazırlaşdığı HTC 11 modelindən yeni məlumatlar gəlməyə başladı. Sözügedən cihazın prosessoru və yaddaş miqdarı kimi xüsusiyyətləri sızdırıldı. "HTC”nin bu il içərisində bazara 6 ya da 7 yeni ağıllı telefon çıxardacağı təxmin edilir, və bunlardan ən çox maraq edilənlərdən biri də HTC 11 modelidir. Əgər siz də HTC 11 ilə maraqlanırsınızsa cihazın texniki xüsusiyyətlərini bilmək sizləri sevindirəcək deyə düşünürük. HTC 11-in texniki xüsusiyyətləri nələrdir? HTC 11-in Telefon haqqında (About Phone) bölməsindən alınan bir ekran görünüşünə görə cihazın prosessoru Snapdragon 835 SoC və 6 GB–lıq yaddaş həcminə sahibdir. Bu iki məlumatın xaricində cihazın 128 GB-lıq daxili yaddaş sahəsinə, 1556x2550 keyfiyyətinə sahib bir ekrana, Android Nougat 7.12 versiyasına və HTC Sense 9.0-a sahib olaraq gələcəyini öyrənmiş olduq. Təbii ki, bu məlumatların "HTC” tərəfindən təsdiq olunmadığını və HTC Sense 9.0 ilə Nougat 7.12 versiyasının birlikdə istifadəsinin biraz qəribsənəcək bir vəziyyət olduğunu da xatırlatmağımız lazımdır.