main-post-cover

    HTC Bolt rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "HTC” şirkəti ABŞ-da öz yeni smartfonu HTC Bolt-u təqdim etdi.

    Dizayn baxımından yeni cihaz HTC 10-nu xatırlatsa da öz imkanlarına görə ondan fərqlənir. Məsələn HTC Bolt IP57 standartı üzrə tozdan və sudan qorunma xüsusiyyətini əldə edib lakin 3.5 mm audio girişdən məhrum olub. Alüminium korpusa sahib olan HTC Bolt-da barmaq izi skanı "Home" düyməsinə yerləşdirilib. Smartfon 5.5 inç Quad HD ekran (Corning Gorilla Glass 5 qoruyucu şüşə örtüklü), Qualcomm Snapdragon 810 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microoSD dsətəklənir), 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə HTC Bolt, 4K formatlı video çəkim və fotonun optik stabilizasiya sistem özəllikli 16 MP-lik arxa və 8 MP-lik ön kameraya sahibdir. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Cihazın qiyməti isə 600$ təşkil edəcək.

    Linki kopyala