main-post-cover

    HTC Bolt-un yeni fotoları sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mobil cihazlar barəsində sızıntıları ilə məşhur olan Evan Blass HTC Bolt smartfonunun yeni fotolarını təqdim edib.

    Qeyd etmək lazımdır ki, smartfon hələ rəsmi olaraq anons olunmayıb. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən yeni smartfon xarici görünüşcə HTC 10-a bənzəsə də ondan bir qədər böyük olacaq. Belə ki, HTC Bolt 5.5 inç Full HD ekran ilə təmin olunacaq. Çox güman ki, HTC Bolt ənənəvi 3.5 mm audio girişdən məhrum olacaq. Fotolardan görmək olar ki, cihaz metal korpusa, USB Type-C girişinə və barmaq izi skanına sahib olacaq. Həmçinin HTC Bolt 3 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəklənəcək), 18 MP arxa, 8 MP ön kamera ilə dəstəklənəcək. Arxa kamera vasitəsilə isə 4K formatlı videoları çəkmək mümkün olacaq. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. HTC Bolt-un anonsu 18 Oktyabr tarixinə gözlənilir.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər