HTC Desire 10 Pro təqdim edildi!

429

"HTC", yeni nəsil ağıllı telefonu Desire 10 Pro-nun təqdimatını reallaşdırdı. HTC Desire 10 Lifestyle ilə birlikdə təqdim edilən telefonun xüsusiyyətləri nələrdir?

HTC Desire Pro əsas texniki xüsusiyyətləri

"HTC"nin maraqla gözlənilən modelləri HTC Desire 10 Lifestyle və HTC Desire 10 Pro təqdim edildi. Metallik kənarlara və plastik dizayna sahib iki telefon, barmaq izi skanı (Desire 10 Pro), Hi-Fi səs (Desire 10 Lifestyle) xüsusiyyətlərini tərkibində saxlayacaq.

5.5 inç 1080 piksel keyfiyyətli Full HD ekrana sahib Desire 10 Pro, IPS Gorilla Glass-ı da tərkibinə daxil edib. 64-bit Octa-core (8 nüvə) sahibi telefon, MediaTek Helio P10 Prosessor istifadə edir. 3 GB/4 GB RAM seçimləri olan cihaz, 32 GB/64 GB artırıla bilinən yaddaşa malikdir. 20 MP f/2.2 lazer avtomatik fokuslanmalı arxa kameraya sahib Desire 10 Pro, panoramik selfie xüsusiyətli 13 MP f/2.2 qabaq kameraya da malikdir. Cihaz 3.000 mAh batareyadan enerji əldə edəcək. 


HTC BoomSound Profili, barmaq izi skanı xüsusiyyətlərini təqdim edən Desire 10 Pro, HTC Sense ilə birlikdə Android 6.0 əməliyyat sistemini istifadə edir. HTC Desire 10 Pro və HTC Desire 10 Lifestyle cihazları qara, ağ, göy və açıq mavi rəng tonları ilə satışa təqdim ediləcək. Desire 10 Lifestyle-ın Sentyabr ayının sonlarında satışa veriləcəyi gözlənilir amma Desire 10 Pro üçün istifadəçilər Noyabr ayını gözləməli olacaqlar. Desire 10 Lifestyle-ın qiymətinin 300 Avrodan başlayacağı güman edilsə də, Desire 10 Pro-nun qiyməti ilə bağlı heç bir fikir yoxdur.


Desire 10 Pro-nun Əsas Texniki Göstəriciləri

Ölçülər: 156.5 x 76 x 7.86mm/165g

Ekran: 5.5-inch, Full HD (1080p) IPS Gorilla Glass

Prosessor: 64-bit Octa-core MediaTek Helio P10

Ram: 3 GB və ya 4 GB

Yaddaş: 32 GB və ya 64 GB

Arxa kamera: 20 MP, f/2.2

Qabaq kamera: 13 MP, f.2.2

Batareya: 3000 mAh, Sürətli şarj

Qiymət: Bilinmir