HTC Ocean modeli haqqında yeni məlumatlar sızdırıldı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bu həftə "HTC” şirkəti, kod adı Ocean olan yeni smartfonunu təqdim edəcəyi təbir keçirdəcək.
Həmin model HTC 11 ola bilər. Şirkət öz yeni smartfon barəsində
hələ ki, sükutda olsa da bu modelin bəzi funksiyaları barədə məlumatlar artıq
internetə sızdırılıb. Yeni flaqman smartfonun əsas özəlliyi jestlər funksiyası
olacaq. Beləliklə istifadəçi, smartfonu bir əli ilə və onun toxunuşa həssas kənarları
hesabına idarə edəcək. Bu cür funksiyaya Xiaomi modellərində rast gəlmək
olardı. Lakin həmin modellərdə sözügedən funksiya o qədər də uğurlu olmamışdı.
Təqdim olunmuş videoda görmək olar ki, HTC Ocean, əyilmiş ekran əvəzinə sadəcə2.5D qoruyucu şüşədən istifadə edir. Çox güman ki, smartfon, metal korpusa sahib
olacaq. Həmçinin güman etmək olar ki, cihaz müasir tələbatlardan fərqli olaraq
bir qədər kompakt şəkildə təqdim olunacaq. Bundan əlavə olaraq smartfonun
ekranının altındakı kiçik üzük diqqəti çəkir. Böyük ehtimalla həmin üzük
sensorlu düymə rolunu oynayacaq. Sonuncu məlumatlara əsasən şirkətin bu il üçün
böyük planları var. Belə ki, o, gələcəyə inamla baxaraq böhrandan çıxış
yollarını axtarır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)