"HTC" rəsmi olaraq U Ultra və U Play modellətini təqdim etdi

674

"HTC” şirkəti öz yeni smartfon modelləri U Ultra və U Play-i təqdim etdi.

Smartfonlar şirkət üçün yeni, lakin bazar üçün yeni olmayan funksiyalara sahibdirlər. Hər iki smartfon modeli, cilalanmış alüminium korpusa sahibdir. Daha əvvəllər "HTC " öz cihazlarında bu dizayndan istifadə etməmişdi. Lakin sözügedən dizayn bazar üçün yeni deyil. Xarici görünüşcə smartfonlar, Galaxy seriyasına bənzəyirlər. HTC U Ultra-nın ön panelinin üst hissəsində LG V10V20-dəki kimi əlavə ekran yerləşdirilmişdir. Həmin ekranda bildirişlər və digər əlavə məlumatlar əks olunur. Smartfon, istifadəçinin davranışlarını analiz edir və xüsusi alqoritm ona lazım olan məlumatları əks etdirir. Sözügedən "ağıılı” alqoritm, HTC Sense Companion adlandırılıb.

Bu "ağıllı” alqoritm, istifadəçiyə hansı günün səhəri smartfonu 100% şarj etməyi, yanında şarj cihazını götürüb-götürməməyi və hansı tətbiqlərin daha çox enerji sərfiyyatına səbəb olduqlarını söyləyəcək. Bundan əlavə olaraq səsli köməkçi istifadəçiyə uyğun qiymət civarında keyfiyyətli restoranları məsləhət görəcək, istirahət günlərində zəngli saatı söndürməyi yada salacaq və pis hava haqqında məlumat verəcək. Bir sözlə sözügedən səsli köməkçi, SiriGoogle Assistant kimi standart köməkçidir. Lakin buna baxmayaraq şirkət onu süni zəka adlandırır. Əslində Sense Companion böyük diqqətə sahib olmadı. Əsas marağı cəlb edən isə smartfonun qiymətidir. Belə ki, HTC U Ultra-nın 64 GB daxili yaddaş versiyası 749$ qiymətinə satılacaq. Bu, Google Pixel XL-in qiyməti ilə eynidir. Qeyd etmək lazımdır ki, hər iki model 3.5 mm-lik audiogirişdən məhrum olub. Onu USB Type-C girişi əvəz edir. HTC U Ultra-nın texniki göstəriciləri aşağıdakı kimidir.

5.7 inç QHD ekran və 2 inç-lik əlavə ekran

8 nüvəli Snapdragon 821 prosessoru

4 GB RAM və 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi)

3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma özəllikli)

15 MP-lik arxa və 12 MP-lik ön kamera

Android 7.0 Nougat əməliyyat sistemi.

Flaqman smartfon U Ultra ilə yanaşı şirkət həmçinin U Play modelini də təqdim edib. Əlavə ekranı olmayan bu sadə və kompakt model öz funksionallığı ilə heçdə geridə qalmır. Sözügedən smartfon əlavə ekrana sahib olmasa da Sense Companion texnologiyasını özündə saxlayıb. Texniki göstəricilərinə gəldikdə isə U Play, 5.2 inç Full HD ekran, MediaTek Helio P10 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yadda, 2500 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunub. Cihaz, Android 6.0 Marshmallow sistem əməliyyatı vasitəsilə çalışır. Onun qiyməti isə 440$ təşkil edəcək. Hər iki smartfonun satışları mart ayında başlayacaq.