main-post-cover

    "HTC" telefon bazarından çəkilə bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hal-hazırda ağıllı telefon bazarında şirkətlərin bir-biri ilə rəqabəti hər kəsə məlumdur. Belə ki, bəzi şirkətlər mobil telefon bazarından çəkildiyi halda digərləri əksinə yeni başlanğıca imza atır.

    Belə ki, bazardan çəkilməsi haqda məlumatlar yayılan telefon istehsalçılarından biri də "HTC”dir. Hansı ki, son 2-3 ildə telefon bazarında o qədər də öz fərqliliyini hiss etdirə bilmir. İstər dizayn, istərsə də proqramlama baxımından o qədər də irəli performans göstərə bilməyən "HTC”, "Nokia” şirkəti kimi bir müddətlik bu sahədən aralı düşə bilər. Belə ki, "Apple” və "Samsung”un liderlik etdiyi bazar mühitində HTC-nin hər hansı fərqlilik göstərməməsi gələcəkdə onun iflasına səbəb ola bilər.
    Bəziləri hətta buna görə "HTC"nin öz hissələrini sataraq ağıllı telefon sahəsindən çıxacağını iddia edir. Bu isə önümüzdəki illərdə HTC markalı telefonlara rast gəlməyəcəyimiz anlamını ifadə edir.

    Hətta bəzi iddialara görə "HTC”ni "Google” ala bilər. Bildiyiniz kimi "Google” yeni Pixel telefonlarını istifadəçilərə təqdim edəcək. Bu sektorda yeni olmasına baxmayaraq Pixel telefonları çox böyük diqqət çəkməyi bacarıb. Məsələyə məntiqli yanaşsaq şirkətin belə bir addım atması, yəni "Google”un "HTC”ni alması və ya onunla tərəfdaş olması mümkündür. Yəni işə sıfırdan başlamaqdansa, təcrübəsi olan biri ilə işləmək daha məntiqlidir.
    HTC isə öz markasını ayaqda saxlaması üçün ehtimal ki, VR cihazlara üstünlük verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər