HTC U-nun ilk render fotosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Keçən il "HTC” şirkətinin Ocean kod adlı yeni smartfonu haqqında məlumatlar ortaya çıxmışdı.
Həmin məlumatlara əsasən yeni smartfon, keçmiş modellərdən,
korpusun kənar sensorlu olması ilə fərqlənəcəkdi. Məlumata əsasən bu yeni
smartfon, HTC U adı ilə təqdim olunacaq və şirkətin bu ilki flaqman modeli
olacaq. Bir neçə müddət bundan öncə sözügedən cihaz, AnTuTu-nun məlumatlar
bazasında ortaya çıxmış və beləliklə onun texniki göstəriciləri məlum olmuşdu.
İndi isə smartfonun ilk render fotoları sızdırılıb. Xarici görünüşcə HTC U, bir
neçə müddət bundan öncə təqdim olunmuş HTC U Ultra və U Play modellərinə bənzəyir.
Maraqlısı ondadır ki, təqdim olunmuş render fotolarda HTC U, fiziki "Home” düyməsinə
sahib deyil. Belə ki, həmin düymə sensorlu ola bilər. Lakin bununla yanaşı ön
paneldə barmaq izi skanı da yoxdur. Buna baxmayaraq barmaq izi skanının
bilavasitə ekrana inteqrasiya olunduğunu da inkar etmək olmaz. Hazırki məlumatlara
əsasən HTC U, 2560x1440 piksel keyfiyyətli ekran, 8 nüvəli Snapdragon 835
prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa və 16 MP-lik ön
kamera ilə təchiz olunacaq. Smartfon, Android 7.1.1 əməliyyat sistemi ilə
çalışacaq. HTC U-nun təqdimatının bu ayın sonunda baş tutacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ