main-post-cover

    HTC U Ultra-nın ik fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sabah "HTC” şirkəti, U Ultra adlı smartfonu təqdim edəcək.

    Sabahki tədbiri nəzərə alaraq artıq internetə yeni smartfonun ilk fotoları sızdırılıb. Fotolardan da göründüyü kimi şirkət tamamilə yeni dizayn barədə düşünüb. Belə ki, yeni smartfon modeli nə keçən illərdəki modellərə nədəki Desire seriyasına bənzəyir. Cihazın kamera modulu, Samsung cihazlarına bənzəyir. Lakin ümumilikdə U Ultra-nın dizaynı olduqca maraqlı görünür. Bundan əlavə olaraq əsas ekranın yuxarı hissəsində əlavə ekran yerləşib. Həmin əlavə ekranda müxtəlif tətbiqlərdən olan bildirişlər və digər məlumatlar əks olunub. Onun sensor xüsusiyyətinə malik olduğunu söyləmək isə hələki çətindir. Arxa kameranın obyektivi kvadrat formasında olub korpusun üzərində bir qədər qalınlığa sahibdir. Qeyd etmək lazımdır ki, sabahki tədbirdə nəinki U Ultra, həmdə U Play modeli də təqdim olunacaq. Hər iki smartfonun texniki göstəriciləri ilə burdan tanış ola bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər