main-post-cover

    "HTC" yeni büdcəli smartfonu Desire 650-ni təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "HTC” şirkəti öz yeni smartfonu Desire 650-ni təqdim edib.


    Qiyməti 170$ olacaq yeni smartfon artıq şirkətin kataloqunda var. Smartfonun texniki göstəricilərini müasir smartfonlarla bir tutmaq olmaz. Lakin orta təbəqə üçün həmin göstəricilər heçdə pis deyil. Beləliklə Desire 650, 5 inç ekran, 4 nüvəli Snapdragon prosessoru (prosessorun dəqiq modeli haqqında hələki məlumat yoxdur), 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəklənir), 2200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahibdir. Arxa kamera 28 mm-lik fokus məsafəsinə sahibdir və onunla Full HD formatında videolar çəkmək olar. Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışacaq və bu ilin Dekabr ayında satışa çıxacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər