HTC, yeni smartfonları ilə bazarı “partlatmağa” gəlir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
CES2017 artıq geridə qalıb lakin HTC baxımından ilin ilk həmləsi hələ bundan sonra gələcək.
Sektorda son illərdə heç cür öz istədiyi sıçramanı
reallaşdıra bilməyən HTC, bir dəfə daha iddialı bir formada gəlməyə hazırlaşır.
Firma tərəfindən paylaşılan bir tanıtım videosunda, 12
Yanvarda "all about U” adlı bir tədbir keçirəcəyini elan etdi.
Canlı olaraq paylaşılacaq tədbirdə 3 fərqli cihazın təqdim
edilməsi gözlənilir. Bu cihazlardan biri, hal-hazırda daha əvvəldən də ortaya
çıxmış olan HTC X10-dur. Tədbirin adında diqqətimizi çəkən "U” ilə əlaqədar
olaraq qarşımıza çıxacaq olan telefonlar isə HTC U Ultra və HTC U Play-dir.
HTC U Ultra, daha əvvəllər "Ocean Note” adı ilə də gündəmə
gəlmişdi. Sözügedən cihaz, phablet (telefondan böyük, planşetdən kiçik) dizaynı ilə
gələcək. HTC U Play mövzusunda isə hələki bir məlumatımız yoxdur.
Baxaq görək 2 gün sonra keçiriləcək təqdimat mərasimində
HTC, bizlərə nə kimi yeniliklər təklif edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ