main-post-cover

    "HTC"dən "Apple"a cüt arxa kamera barədə ismarıc

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni iPhone modelləri təqdim olunması ilə bir çoxları tərəfindən bəyənilsədə, istər funksionallığı, istərsə də qiyməti baxımından tənqid olunmağa davam edir. Bu dəfəki tənqid HTC-dən gəldi.

    "Apple" keçdiyimiz günlərdə yeni iPhone 7 və iPhone 7 Plus modelini təqdim etdi. İstər dizayn, istərsə də yeni funksiyaları ilə diqqət çəkən iPhone modelləri rəqibləri tərəfindən tənqid olunmağa davam edir. Əslində mobil cihaz bazarında cüt arxa kameraya sahib bir çox telefon mövcuddur. Apple isə bu yeniliyi ilk dəfə məhz yeni təqdim etdiyi modeldə ortaya çıxarıb. Təbii ki, bu halda rəqiblərindən geri qalan "Apple” yeni bir şey təqdim edirmiş kimi görünməsi bir çoxlarının reaksiyasına səbəb olub. Bu haqda öz rəsmi Twitter hesabında bir tweet paylaşan "HTC" iki il əvvəl tanıtımını etdiyi HTC One M8 modelini yada salıb.

     
    Öz tweet-də "Apple" və onun yeni məhsulları haqda heç bir söz söyləməsə də, açıq-aydın bu yolla öz rəqibinə iradını bildirmiş oldu. Haqsız da sayılmaz. Mesajda da göründüyü kimi "2 il əvvəl” sözü böyük yazılıb. Bundan əlavə HTC One M8 modeli dünyanın ilk cüt kameraya sahib telefonudur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər