main-post-cover

    "Huawei", büdcəli OLED ekranlı smartfonu Enjoy 6-nı təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Huawei” şirkəti Çində, baha olmayan yeni smartfonu Enjoy 6-nı təqdim edib.


    Yeni smartfon keçən il satışa çıxmış Enjoy 5-i əvəz edəcək. 200$-a yaxın qiymətinin olmasına baxmayaraq Enjoy 6 AMOLED texnologiyası ilə hazırlanmış ekran ilə təchiz olunub. Texniki göstəriciləri ilə yaxından tanış olsaq görərik ki, smartfon 5 inç HD keyfiyyətli AMOLED ekrana, 8 nüvəli MediaTek MT6750 prosessoruna, 3 GB RAM-a, 16 GB daxili yaddaşa (microSD dəstəklənir) və 4100 mAh enerji tutumlu batareyaya sahibdir. Enjoy 6, 13 MP arxa və 5 MP ön kameranı özündə birləşdirir. Cihaz iki SIM-kart özəlliyinə sahibdir və Android 6.0 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Enjoy 6 31 Oktyabr tarixində 192qiymətində satışa çıxacaq.

     
    Linki kopyala