main-post-cover

    Huawei-dən flaqman Honor 8 Pro gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Huawei-nin yeni flaqman cihazı MWC 2017-ci ildə təqdimata hazırlaşır.

    Huawei, səs gətirəcək yeni bir cihaz ilə qarşımıza çıxmağa hazırlaşır. Hal-hazırda Honor 8 və Honor 8 Lite cihazlarını təqdim edən Huawei, bu iki cihaz da orta səviyyə cihaz istifadəçilərini hədəf almışdı.
    Ancaq Huawei, MWC 2017-ci ildə səs salmağa qərarlıdır. Honor 8 ailəsinə yeni bir üzv daha qatacaq olan Huawei, bu dəfə flaqman cihaz istifadəçilərini hədəf alacaq. Bu məzmunda təqdim olunacaq cihaz isə Huawei 8 Pro-dur.
    Əslində daha əvvəl təqdim olunan və bu ayın sonunda Çində satışa çıxacağı gözlənilən Huawei V9-un beynəlxalq versiyası olaraq qarşımıza çıxan Honor 8 Pro, buna baxmayaraq bəzi xüsusiyyətləri ilə V9-u geridə qoyur.
    Huawei 8 Pro-nun xüsusiyyətləri bunlardır:
    5.7-inç Quad HD(1440x2560 piksel) ekran
    2.4GHz Kirin-960 prosessor
    6GB RAM
    128GB artırıla bilən yaddaş sahəsi
    3900mAh batareya
    12 meqapiksel arxa, 8 meqapiksel ön kamera
    Barmaq izi oxuyucu sensor
    Android 7.0 Nougat

    MWC 2017-ci ildə təqdim olunacaq Honor 8 Pro-nun Mart ayında satışa çıxması gözlənilir.

    Linki kopyala