Huawei Honor 6X rəsmi olaraq təqdim olundu

08.05.2017 0 PAYLAŞIM 5224 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Huawei” şirkəti CES 2017 tədbiri çərçivəsində Honor 6X modelini təqdim etdi.

Yeni model, əyilmiş arxa panel hissəsinə, bir kristallı Kirin 655 prosessoruna və ikili arxa kameraya sahibdir. Smartfon, 5.5 inç FULL HD ekran (2.5D qoruyucu şüşəli), 3/4 GB RAM və 3340 mAh enerji tutumlu batareya (1.5 sutka şarjsız iş prosesi) ilə təchiz olunub. Honor 6X-in əsas özəlliyi ikili arxa kamerasıdır. Belə ki, 12 MP-lik kamera foto tərtibatına cavabdehdirsə, 2 MP-lik əlavə kamera, fotonun kəskinliyini tənzimləyir. Smartfonun əsas kamerası, obyektin üzərini 0.3 saniyəyə fokuslamağa imkan verən avtofokus özəlliyinə sahibdir. Cihaz 250$ civarında qiymətləndirilir və bugündən satışa çıxır.