Huawei Honor 8 Lite-ın ilk render fotoları sızdırıldı

405

WinFuture mənbəsinin baş redaktoru Roland Quandt, Huawei Honor 8 Lite smartfonunun məlumatlarını təqdim edib.

Mobil telefonlar barəsində məlumatların sızdırılması ilə tanınan sözügedən mənbə həmçinin smartfonun render fotolarını da təqdim edib. Maraqlısı odur ki,  paylaşılmış render fotolardakı model, bir neçə müddət bundan öncə təqdim olunmuş Huawi P8 Lite 2017 smartfonuna bənzəyir. Roland-ın sözlərinə əsasən yeni smartfonun satışları bu ilin Mart ayında başlayacaq. Onun təqdimatının isə MWC 2017 sərgisində baş tutacağı gözlənilir. Smartfonun güman olunan qiyməti 280 avro-dur. O, 4 rəngdə (göy, qara, qızılı və ağ) təqdim olunacaq. Məlumata əsasən yeni model sadəcə olaraq Huawei P8 Lite 2017-nin təkmilləşdirilmiş variantıdır. Belə ki, Huawei P8 Lite 2017, 239 avro qiymətində satılır.