Huawei Mate 9 Pro haqda məlumatlar açıqlandı

86

Huawei yeni Huawei Mate 9 Pro telefonu haqda açıqlama verdi. Beləliklə, Huawei Mate 9 Pro-nun xüsusiyyətləri ilə tanış olaq.

Verilən məlumatlara görə Huawei Mate 9 Pro, 5.5 inçlik 2560 x 1440piksel keyfiyyətli Quad HD ekrana sahibdir. Cihazın ön kamerası 8 MP, arxa kamerasında isə 20 MP12 MP cüt kamera ilə təchiz olunub. Bundan əlavə Huawei Mate 9 Pro telefonunda barmaq sensoru ön hissədə, ana ekran düyməsinin altında yerləşdirilib.


Huawei Mate 9 Pro, ilk olarak sadəcə Çin bazarında satışa çıxarılsa da, sonradan digər ölkələrdə satışa çıxarılıb çıxarılmayacağı haqda məlumat verilmir.

 

Cihazın qiyməti isə onun daşıdığı yaddaş həcminin qiymətinə görə dəyişir. Belə ki, 4 GB RAM64 GB daxili yaddaş malik modelin qiyməti təqribən 685 dollar, 6 GB RAM128 GB daxili yaddaşa malik modelin təqribi qiyməti isə 775 dollar təşkil edir.