Huawei P10-nun görüntüsü ilə bərabər xüsusiyyətləri də sızdırıldı

93

"Huawei"nin yeni model telefonu hələ tanıtılmamış artıq cihaz haqda məlumatlar sızdırılıb. Artıq Huawei P10-un xüsusiyyətləri ilə bərabər onun görüntüsü də gün üzünə çıxıb.

Huawei P9 yenicə satışa çıxarılmışdı ki, artıq şirkət Huawei P10-u satışa çıxarmağa hazırlaşır. Hətta yeni modeldə bir sıra dəyişikliklər olduğu haqda məlumatlar da yer alıb. Belə ki, Huawei P9-un arxa tərəfindəki barmaq izi sensoru yeni modeldə ön hissəyə keçirilib.

Dünya üzrə 9 milyon Huawei P9 satışı həyata keçirilib. Amma hələ 5 ay keçməsinə baxmayaraq artıq Huawei P10 haqda məlumatlar sızdırılıb. Weibo-da yayımlanan görüntülərdə P10 modelinin prototipi yer alır. Bu modeldə də Leica markalı kamera istifadə olunması gözlənilir. Bundan əlavə P10 telefonuna aid GFXBench testi də yayımlanıb.


 

Testə görə yeni Huawei P10-un hansı xüsusiyyətlər daşıyacağını demək mümkündür. Belə ki, yeni cihazın 1440 x 2560 keyfiyyətdə 5.5 inç ekrana, 2.3 GHz CPU və Mali-G71 GPU-ya sahib olmasını demək mümkündür. Bundan əlavə telefon 4 GB RAM/64 GB daxili yaddaş və ya 6 GB RAM/128 GB daxili yaddaş olmaqla iki versiyada təklif oluna bilər.

Bir də xatırladaq ki, bu görüntülər telefonun prototip görüntüsünü əks etdirir.