Huawei P10 və P10 Plus-ın ilk render fotoları və məlumatları sızdırıldı

383

Huawei P10 və P10 Plus-ın təqdimatına bir neçə həftə qalmasına baxmayaraq, smartfonların render fotoları artıq sızdırılıb.

Fotolardan görünür ki, P10 modeli? əyilə bilən ekran ilə təchiz olunmayıb. Onun barmaq izi skanı, fiziki düyməyə inteqrasiya olunub. P10 Plusmodelində isə barmaq izi skanı, arxa paneldə yerləşdirilmişdir. Hər iki smartfon həmçinin göz qişası skanına sahib olacaq. Bununla yanaşı hər iki model, Leicamarkalı ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonlar çox güman ki, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Hər iki modelin MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir. P10-nun təqribi qiyməti 699$ olacaq. Onların güman olunan texniki göstəriciləri ilə isə aşağıdan tanış ola bilərsiniz.

Huawei P10-nun texniki göstəriciləri:

5.2 inç AMOLED ekran

8 nüvəli Huawei Kirin 960 prosessoru

4/6 GB RAM və 64/128 GB daxili yaddaş

İkili arxa kamera. Onlardan biri 20 MP-lik monoxrom və 12 MP-lik rəngli kamera. 8 MP-lik ön kamera

Sürətli şarj yığma funksiyalı 3100 mAh enerji tutumlu batareya

Huawei P10 Plus-ın texniki göstəriciləri:

5.5 inç AMOLED ekran

8 nüvəli Huawei Kirin 960 prosessoru

6/8 GB RAM və 128/256 GB daxili yaddaş

İkili arxa kamera. Onlardan biri 20 MP-lik monoxrom və 12 MP-lik rəngli kamera. 8 MP-lik ön kamera

Sürətli şarj yığma funksiyalı 3650 mAh enerji tutumlu batareya.