Huawei P8 Lite afrikalı sakinin həyatını xilas edib

380

CAR (Cənubi Afrika Respublikası) sakini Siraaj Abrahams ona hücum olan vaxt evə qayıdırdı.

Cinayətkarlar Abrahamsın avtomobilinə daxil olaraq onu ordan çıxartmaq istəyiblər. Abrahams isə onlara müqavimət göstərməyə cəhd edən zaman cinayətkarlardan biri onun sinəsinə atəş açıb. Cinayətkarlar Abrahamsın öldüyünü düşünərək bir qədər nəğd pulu götürərək aradan çıxıblar. "Technote.az”ın "Gagadget.com”a istinadən verdiyi xəbərə əsasən Abrahams isə bir neçə müddətdən sonra sinəsində güclü ağrı ilə özünə gəlib. Məlum olub ki, silahın gülləsini Abrahamsın sinəsi tərəfdəki cibində olan Huawei P8 Lite smartfonu saxlayıb. Cihaz gülləni saxlasa da, zərbənin gücü Abrahamsın ürəyini bir müddətliyinə dayandıraraq onun sinəsində güclü ağrıya səbəb olub. Hal-hazırda onun vəziyyəti yaxşıdır. Hadisəni eşidən "Huawei” şirkəti isə Abrahamsa yeni Huawei P9 Lite smartfonunu hədiyyə edib.