"Huawei" şirkəti telefonların partlamasının qarşısını alacaq batareyalar istehsal edəcək

103

Ağıllı telefonlar nə qədər həyatımızı asanlaşdırsa da bir çox tanınmış telefon modellərinin tez-tez partlaması istifadəçiləri narahat edən mövzulardan biridir. Amma artıq bu problem də öz həllini tapa bilər. Problemin Huawei şirkətinin istehsalı olan batareyalar sayəsində ortadan qalxması gözlənilir.

Belə ki, Samsung Galaxy Note 7 və bəzi digər tanınmış ağıllı telefonlarla bağlı yaranan problemlər gələcəkdə bir dəfəlik ortadan qalxa bilər. Huawei şirkəti yeni istiyə davamlı batareyalar istehsal etmək niyyətindədir. Bildiyiniz kimi bir çox telefonların partlama səbəbi məhz onların batareyasının həddən artıq qızması ilə əlaqələndirir. Bu vəziyyəti aradan qaldırmaq üçün Çinin nəhəng telefon istehsalçılarından olan Huawei şirkəti batareyaları istiyə davamlı hala gətirəcək texnologiya üzərində işlər aparır. Şirkət yeni texnologiyasında mövcud litium batareyalarını istifadə edəcək, amma bu batareyaları qrafenlə dəstəkləyərək onları daha davamlı hala gətirəcək. Belə olduqda isə batareyalar daha davamlı olacaqlar.


Bu batareyaların həyatımıza nə zaman daxil olacağı məlum deyil. Amma şirkət dekabr ayında yeni batareyaları haqda daha detallı məlumat paylaşacaq. Batareyaların istifadəçilərə gələn il təqdim olunması gözlənilir.