"Huawei" yeni flaqmanı Mate 9-un iki modelini təqdim etdi

80

Gözlənildiyi kimi "Huawei” şirkəti Münhendə keçirilmiş tədbir çərçivəsində Mate 9 smartfonunu təqdim edib.

Smartfon metal korpusa və 5.9 inç Full HD ekrana sahibdir. Ekran 2.5D qoruyucu şüşə ilə örtülüb. Mate 9 ikili kameraya sahib smartfondur. Onlardan biri monoxrom modullu 20 MP kamera, digəri isə 12 MP rəngli sensordur. Hər iki kamera ikiqat hibrid optik zoom-u dəstəkləyir. Şirkətin smartfonlarında bir ilk olan 4K video çəkimi də dəstəklənir. Smartfonun ön kamerası isə 8 MP-dir. Texniki göstəricilərinə gəldikdə isə Mate 9, 8 nüvəli HiSilicon Kirin 960 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya (SuperCharge texnologiyası ilə) ilə təchiz olunmuşdur. Arxa paneldə olan barmaq izi skanı isə barmaq jestlərini dəstəkləyir. Mate 9? Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon ilk öncə Çin, Fransa, Almaniya, İspaniya, Tayland və BƏƏ-də satışa çıxacaq, Daha sonra isə cihaz digər bazarlardada təqdim olunacaq. Avropada smartfonun təqribi qiyməti 699 avro olacaq.

Bundan əlavə olaraq şirkət adi Mate 9-dan başqa, modelin xüsusi versiyası olan Mate 9 Porsche Design-ı da təqdim edib. Adi versiyadan fəqli olaraq Porsche Design 5.5 inç Quad HD ekrana sahibdir. Həmçinin ekran AMOLED texnologiyası vasitəsilə əyilmiş formada hazırlanmışdır. Texniki göstəricilərə görə smartfon HiSilicon Kirin 960 prosessoru, 6 GB RAM, 256 GB daxili yaddaş (microSD dəstəklənmir), 4000 mAh enerji tutumlu batareya (SuperCharge texnologiyası ilə) təchiz olunmuşdur. Kameralar cəhətdən hər iki smartfon modeli eynidir. Adi versiya kimi Porsche Design da Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei Mate 9 Porsche Design bu ilin Dekabr ayının sonunda 1395 avro qiymətində satışa çıxacaq.