İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ-da yaşayan bir qadın icarəyə götürdüyü DVD diskin daxilində 20$-lıq əskinazlar və naməlum adamdan məktub aşkar edib.
Bu barədə qadının qızı öz Twitter hesabında bildirib. Qızın
sözlərinə görə onun anası sadəcə rahatlamaq və dincəlmək istəyib. Bunun üçün də
o, "Deepwater Horizon” filminin
DVD diskini icarəyə götürüb. Lakin qadın, gözlədiyindən daha çoxuna sahib olub.
Belə ki, qadın, DVD diskin daxilində 100$ pul və Marcos adlı şəxsin adından
yazılmış məktub tapb. "Əsasən özümə xərclədiyim 100$-ı mən hər ay kiməsə yardım
etmək üçün verirəm. Bu dəfə mən pulu, DVD disk qutusunun içərisinə qoymağı qərara
aldım. 2017-ci ildə siz ilk insansınız” – deyə məktubda qeyd olunub. Məktubun
sonunda Marcos, pulun ağıl ilə xərclənməsini və ya ehtiyaclarının olmadığı
halda başqa birinə vermələrini xahiş edib. "Çox sağol Marcos. Harda olduğundan
asılı olmayaraq Tanrı səni qorusun” – deyə qadının qızı, sosial şəbəkədə öz təşəkkürünü
bildirmişdir. Onun Twitter-dəki
postu 4 gün ərzində 95.000 like və 31.000 retweet alaraq viral olub. Postu görmüş digər istifadəçilər də
Marcos adlı naməlum şəxsə, sosial şəbəkə vasitəsilə təşəkkürlərini bildiriblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)