İki gündə 50.000$-dan çox yardım alan ağıllı biləklik

324

LVL adı verilən dünyanın ilk geyilə bilən hidratasiya monitoru, Kickstarter-də böyük bir yeniliyə imza atıb. Vücudunuzun 70%-i sudan təşkil olunub. Buna görə də bədənimizdə suyu tənzimləmək vacib rol oynayır. Kickstarter-də başladılan yardım kompaniyası ilə dünyanın ilk geyilə bilən hidratasiya monitoru istehsal olunacaq.


Dünyanın ilk geyilə bilən monitoru

LVL adı verilən cihaz əslində ağıllı saatdan çox da fərqlənmir. Amma işin detalına enəndə əslində fərqli olduğunu görmək mümkündür. Belə ki, LVL hidratasiya dəyərləri də daxil olmaqla tam olaraq 6 fərqli yaşam funksiyası haqda bizə daimi məlumat verir. Bunlara nəbz, yuxu, günlük rejim, kalori və s. kimi göstəricilər daxildir. Qalan xüsusiyyətlərin hamısı hidratasiya ölçüləri ilə uyğun şəkildə irəlləyir və sizə bədəninizin ehtiyacları haqda məlumat verir. Məsələn, avtomotik yuxu vaxtınız təyin olunur və oyandıqda LVL-dən nə qədər suya ehtiyacınız olduğu haqda məlumat verilir. Bu yenilik xüsusilə idmançılar üçün vacib xarakter daşıyır. Belə ki, siz aktiv bir işlə məşğul olsanız onda bu ağıllı biləklik anlıq olaraq ölçmələrinizi aparır və sizin vücudunuzun nəyə ehtiyacı olduğunu sizə söyləyir.

50.000$-lıq hədəfini tezliklə tamamlayan bu yaradıcı cihaz bu müddətdə 700% yardım alaraq, 400.000$ toplamaya nail ola bilib. 40 günlük kompaniya müddətində sadəcə ilk iki gündə belə bir uğur qazanmaq bu biləkliyə nə qədər çox ehtiyac olduğunu ortaya çıxarır. Sağlam yaşayışı hədəfləyən proyektə belə bir dəstəyin olması sevindirici haldır.