main-post-cover

    İki rəqib Cənubi Koreya şirkəti əməkdaşlıq edə bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyiniz kimi "Samsung” son vaxtlar Galaxy Note 7 ilə bağlı yaşadığı problemlərdən sonra cihazın istehsalını tamamilə saxladı. Bundan əlavə istehsalı dayandırılan cihazla bağlı verilən qərarla istifadəçilərin sahib olduğu 1.9 milyon Galaxy Note 7 geri çağırıldı. Təbii ki, bu da öz növbəsində "Samsung”a çox baha başa gəldi. Təəssüf ki, telefonun batareyası ilə əlaqədar yaranan problemin mənbəyi tam olaraq ortaya çıxmadı. Gələcək modelləri üçün riskə getməyi gözə almayan şirkət, batareya istehsalı üçün hətta öz rəqibləri ilə əməkdaşlığı qəbul etmiş kimi görünür. Belə ki, fevralda tanıtımı planlanan Galaxy S8 telefonunun batareyasını digər Cənubi Koreya şirkəti olan LG istehsal edə bilər.

    Bu bir qədər təəccüblü görünsə də əslində bu iki şirkət arasında ilk əməkdaşlıq deyil. Belə ki, daha əvvəllər də "Samsung” öz cihazlarında istifadə etdiyi kamera modullarını "LG”yə bağlı LG Innotek firmasından alıb. Xəbər tam təstiqlənsə ümid edirik ki, "Samsung”un batareya ilə bağlı yaşadığı problem həllini tapacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər