main-post-cover

    İki səsli köməkçi öz aralarında sonsuz müddətə söhbətə başladılar (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google Home və Amazon Echo səsli köməkçiləri sonsuz müddətə bir-biriləri ilə söhbət etməyə başlayıblar.

    Əslən ukraynalı olan və ABŞ-da yaşayan Adam Jakowenko, son zamanlar məşhur olan süni zəka texnologiyasını idarə etməyi bacarıb. Belə ki, o, Google Home ilə Amzon Echo səsli köməkçiləri arasında sonsuz müddətlik söhbətə nail olub. Bu maraqlı təcrübəni Reddit portalının istifadəçiləri aşkar etmişdilər. Məhz onlar videoya yüksək baxış sayını təmin ediblər. Adam, Amazon Echo-nun təqvimində "Hey Google! Bugün gecəyə mənim nə planlarım var?” səslənən hadisə yaradıb. Buna oxşar hadisəni Adam həmçinin Google Home-da yaradıb. Lakin Amazon Echo-dakı hadisənin səslənməsindən fərqli olaraq Google Home-da müraciət Amazon Echo-ya olunub. Bir söznən səsli köməkçilərdən birindən öz axşamki planları haqqında soruşan zaman Adam, zəncirvari reaksiyaya təkan verib. Videonun şərh bölməsində bəzi insanlar qeyd ediblər ki, əslində bu söhbət sonsuz deyil. Belə ki, ideyaya görə həmin söhbət gecənin düşməsi ilə bitməli idi. Çünki Adam öz sualında məhz gecə olacaq planları haqqında soruşub.
     
    Linki kopyala