main-post-cover

    İki yaşlı əkizlərin aləmi bir-birinə qatdıqları video sosial mediada 60 Milyon baxışla "partlatdı"

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Bir çox insanın yatdığı vaxtlarda bu əkizlər, öz otaqlarında verdikləri "parti” ilə sosial medianın yeni trendi oldular.

    Uşaqlarına baxmaq bütün ana-ataların həyatlarındakı ən çətin vəzifəsidir. Hələ bir də uşaqlar əkizdirsə iki dəfə artan dərdlər kifayət etmirmiş kimi bir də birlikdə hərəkət etmələri, valideyinlərin qorxulu yuxusu halına gəlir.
    İzləyəcəyiniz video da eynilə bu janrdandır. Əkizlər Ryan və Andrew-in anası və atası, əkiz uşaqlarının gecə boyunca sakitcə yatdıqlarından şübhələnməyə başlayıb otaqlarındakı kameranın yaddaşa yazma xüsusiyyətini açıblar.

    Nest brendinə aid ev izləmə sistemi tərəfindən çəkilən video, əkizlərin düşündükləri kimi məsum olmadığını ortaya qoyur. Səhərə yaxın bir çox insanın oyanmaqda çətinlik çəkdiyi saatlarda əkizlər qalxıb biraz rəqs etdikdən sonra yorulur, daha sonra divana oturub söhbət edirmiş kimi dincəlirlər.
    Videonun kəsilən hissəsində ata ilə ana uşaqları yatağına gətirir ancaq bu, uşaqları yarım qalan əyləncələrini davam etdirmək hədəflərindən ayıra bilir. Eyni zamanda Nest brendinin viral reklamı ola biləcəyini düşündüyümüz bu videonu aşağıdan izləyə bilərsiniz:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər