main-post-cover

    İKT fondunun növbəti qrant müsabiqəsinin müsabiqəsinin qalibləri müəyyənləşdi

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
    İclasda 1 iyul 2016-cı il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.
    Bu barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytında məlumat yayılıb.
    Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub.
     
    Bu layihələrdən  112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.  Kompleks ekspertizaya təqdim olunan 112 layihədən isə 61-i müsbət rəy alıb. 

    Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda  29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.
      
    Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik. 

    Qeyd edək ki, Fondun Müşahidə  Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.  
     
    Layihənin adı
    Məbləğ

    1
    Science Publishing Support
    14 000
     
    2
    VRoom
    15 000
     
    3
    tagWishes
    14 000
     
    4
    MISGAR.AZ
    15 000
     
    5
    WeCare
    16 000
     
    6
    Shopster
    12 000
     
    7
    İntelektual Multi bələdiçi
    15 000
     
    8
    "E-cəmiyyətə sən də qoşul”
    15 000
     
    9
    Öyrən, Tətbiq et, Qazan
    15 000
     
    10
    "Media-info”
    18 000
     
    11
    Profitable Trader
    12 000
     
    12
    TechSOS
    14 000
     
    13
    Wand
    12 000
     
    14
    Hüquq.Online
    14 000
     
    15
    Rəqəmsal ekspertiza laboratoriyasının qurulması
    15 000
     
    16
    Azerbaijan Travel Guide
    14 000
     
    17
    Comfortab
    10 000
     
    18
    MyStyle
    10 000
     
    19
    Startup.az
    15 000
     
    20
    www.hmc.az
    12 000
     
    21
    Texnologiyaların transferi mexanizminin təkmilləşdirilməsində veb resurlarının işlənilməsi və tətbiqi
    12 000
     
    22
    İELTS öyrənək
    12 000
     
    23
    "Ana dilinin tədrisi” layihəsi
    18 000
     
    24
    Smart Keyboard
    12 000
     
    25
    Aqromarketing
    10 000
     
    26
    ObaNatur elektron sifariş-təchizat sisteminin qurulması
    15 000
     
    27
    www.enjoymingo.az 
    12 000
     
    28
    Magic Words
    15 000
     
    29
    Futbolçuları qeydiyyat sisteminə innovativ əlavələr
    12 000
     

    Linki kopyala