İlk dondurulan insan 50-ci ilinə keçdi və hazırda onun 123 yaşı var
07.05.2017
Farid Pardashunas
Dünyanın dondurulan ilk insanı James Bedford tam 50 ildir kriogen balonu içində donmuş halda gözləməyə davam edir. Bəs keçmişdə dondurulmuş insanları yenidən həyata qaytarmaq mümkündür mü?
James Bedford adlı ABŞ vətəndaşı, 12 Yanvar 1967-ci ildə 73 yaşında olarkən kriogen balonuna girərək özünü donduran ilk insan olmuşdu.
O gündən bu yana isə tam 50 il keçdi. Böyrək xərçəngi olduğu və müalicəyə cavab vermədiyi üçün ölümü gözləyən Dr. James Bedford, gələcəkdə
xəstəliyə çarə tapılacağı və dondurulmuş
insanları geri qaytarmağın bir yolunun kəşf ediləcəyi ümidi ilə, öz istəyi ilə kriogen balonuna girmişdi.
James Bedford o gündən bəri rəsmi olaraq ölü qəbul edilir
amma tibbi olaraq tam mənası ilə ölü olmadığı bilinir. Orqanları pozulmadan 50
ildir kriogen balonunda buz kəsmiş halda gözləyən Bedford, donmuş insanları
orqanlara xəsarət vermədən geri qaytarmağın bir yolu tapıldığında, təkrar həyata
qaytarılacaq. Alimlər bu əməliyyatın nəticəsində, Bedfordun orqanlarının yenidən
işləməsini ümid edirlər ancaq elm hələki o dərəcədə inkişaf etməyib. Əlavə
olaraq Bedfordun oyandırılması üçün böyrək xərçənginə də dəqiq bir çarə
tapılmalıdır.
Bedfordu donduran elmi cəmiyyət, bu təcrübə üçün Bedfordu ödənişsiz olaraq dondurmuşdu ancaq daha sonra bu üsul ölümcül xəstələr arasında
çox məşhur oldu və varlı amma çarəsiz xəstəliyə tutulmuş bir çox insan, böyük
pullar ödəyərək özlərini dondurmuşdu.
Elm, insanları dondurub təkrar həyata qaytarmağı bacara
bilsə gələcəkdə bu üsulla uzaq ulduzlara yüzlərlə il davam edəcək səyahətlər keçirəcək
kosmik səyyahların ortaya çıxması da gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub