main-post-cover

    İllərin əfsanəsi "Yahoo!" bundan sonra "Altaba" adı ilə fəaliyyət göstərəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yahoo!-nun CEO-su Marissa Mayer, ən köhnə axtarış şəbəkələrindən biri olan Yahoo!-nun artıq Altaba olduğunu elan etdi.

    Keçdiyimiz aylarda Amerikan mobil operatoru olan Verizon tərəfindən 4.8 Milyard dollar qarşılığında satın alınan Yahoo! , eyni zamanda 15%-lik hissə ilə Çinin ən böyük firmalarından biri halına gələn Alibaba-nın və 35%-lik hissə ilə də Yahoo! China-nın hissədarı olaraq diqqət çəkir.

    İndi isə Yahoo!-nun yeni adının Altaba olacağı CEO Marissa Mayer tərəfindən açıqlandı. Niyə bu adın seçildiyinə və mənasına dair bir məlumat verilməzkən, yeni adın xüsusilə Alibaba adı ilə yaxın olması səbəbi az çox ortaya çıxarır. 

    Əlavə olaraq Altaba Inc. ilə Tor Braham, Eric Brandt, Catherine Firedman, Thomas Mcinerney və Jefrey Smith kimi adlar idarə heyətində yer alacaqkən, Yahoo!-nin qurucularından David Filo və CEO Marissa Mayer-in istefa edəcəyi deyilir.

    Texniki olaraq 1994-cü ildən bu yana varlığını davam etdirən Yahoo!, Google kimi bir rəqibi qarşısında artıq rəsmi olaraq təslim bayrağını çəkmiş olacaq. Baxaq görək Yahoo! artıq Altaba olduqdan sonra necə dəyişikliklər ya da fəaliyyətlər görəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər