iMac qoxulu şamlar satışa çıxıb

201

Yəqin ki, bir çox Apple cihazları istifadəçiləri yeni iPhone və ya Mac-ın qutusunu açan zaman yeni cihazın o xoş qoxusunu hiss edib.

Təəssüf ki, həmin qoxu tez bir zamanda yox olur. Beləliklə "TwelveSouth” şirkəti bu problemin həllini tapıb. Belə ki, şirkət iMac qoxulu aromatik şamları satışa çıxardıb. Həmin şamların sayəsində istifadəçilər iMac qoxusununun həzzini uzun bir zaman yaşaya biləcəklər. Şamlar üçün şirkət iMac-lardan gələn xüsusi qoxunu sifariş etmişdir. Şam 100% soya mumundan ibarətdir. Onun tərkibində kley, plastik, rezin, kağız və digər zəruri əlavələr mövcuddur. Bununla belə şamın tamamilə yanıb bitməsi 45-55 saat çəkir.New Mac Candle adlı şamları şirkətin rəsmi saytından sifariş edə bilərsiniz. Şamların "Apple”ın rəsmi mağazalarına çatdıralacağı haqqında isə hələki heç bir məlumat yoxdur.