iMessage artıq Shazam-ı dəstəkləyir

191

Musiqilərin tanınması üçün olan Shazam servisinin komandası iOS sistemli cihazlar üçün eyniadlı tətbiqin iMessage-ə inteqrasiya olunmuş versiyasını təqdim edib.

iMessage-də Shazam inteqrasiyası

Belə ki, bundan sonra iMessage, Shazam-ı dəstəkləyir. Yəni məsələn siz iMessage-də dostunuzla söhbət edirsiniz və anidən sevdiyiniz lakin adını bilmədiyiniz hansısa musiqi səslənir. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən beləliklə iMessage-dən çıxıb Shazam tətbiqinə daxil olmağa ehtiyac olmayacaq. Belə ki, iMessage-də Shazam düyməsini klik edərək musiqinin adını tez bir zamanda öyrənə biləcəksiniz. İstədiyiniz təqdirdə hətta tapdığınız musiqini iMessage vasitəsilə dostunuza da göndərə bilərsiniz. Bu funksiyanın işə düşməsi üçün iMessage App Store-a daxil olub oradan iMessage-ə Shazam-ı yükləməyiniz kifayətdir.