main-post-cover

    iMessage-da spam mesajlar necə bloklanır?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Apple"ın məşhur mesajlaşma tətbiqi iMessage, iPhone, iPad və Mac istifadəçilərinin bir birləri arasında əlaqəsini asanlaşdıraraq şəkil, məkan və s. göndərə bilmələrinə şərait yaradır.

    İnternet bağlantısı üzərindən xidmət təklif edən iMessage-ı istifadə edənlərin sayının artması ilə birlikdə mesajlaşma servisi, son zamanlarda pis niyyətli şəxslərin hədəfi halına gəldi. Bəs, iMessage ilə gələn spam mesajlara mane olmaq üçün nə etmək lazımdır?

    İstifadəçilərə daimi spam mesajlar göndərirlər!

    "Technote.az", "Shiftdelete"-ə istinadən xəbər verir ki, xüsusilə xaricdə yaşayan istifadəçilər, iMessage ilə tanımadıqları şəxslərin göndərdiyi reklam tərkibli spam mesajlarından olduqca şikayətçidirlər. Təbii ki, bu narahat edici mesajlardan qurtulmanın bir yolu var.
    Kontaktınızda qeyd olmayan şəxslərin iMessage üzərindən göndərdiyi mesajların filtrlənməsinə şərait yaradaraq, bu problem üçün təsirli bir həll tapa bilərsiniz.
     

     
    Bunun üçün iPhone-unuzda Tənzimləmələr>Mesajlar yolunu izlədikdən sonra, Bilinməyənləri Filtrlə seçimini aktiv etməlisiniz. 
    Bu seçimi aktiv etdikdən sonra kontaktınızda qeydiyyatda olmayan şəxslərdən gələn iMessage mesajları üçün bildiriş almayacaqsınız və bu bildirişlər Mesajlar bölməsində yer alan Bilinməyənlər bölməsində yer alacaq.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər